"Zərbələr sözlə vurulmur, raketlər danışacaq" - Zelenskidən ilk AÇIQLAMA
Ukrayna lideri teleqram kanalında videomüraciət yayımlayıb
Ukrayna Prezident Volodimir Zelenski ABŞ-nin ilk dəfə Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında videomüraciət yayımlayıb.
““Ukraynaya dair “Qələbə planım”da əsas məqam ordumuzu uzaqmənzilli silahlarla təmin etmək idi. Bu gün mətbuat bizim o raketlərdən istifadəyə icazə aldığımızı yazıb. Amma zərbələri sözlə vurmurlar, belə şeylər elan olunmur. Raketlər özləri öz sözlərini deyəcəklər. Mütləq!", - dövlət başçısı bildirib.
Xatırladaq ki, Fransa və Böyük Britaniya da SCALP/“Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.