Trampın oğlundan Rusiyaya zərbələr üçün icazə qərarına reaksiya - “Axmaqlar!”
ABŞ-nin 47-ci prezidenti olmağa hazırlaşan Donald Trampın oğlu kiçik Donald Tramp Rusiyaya qarşı üzaqmənzilli raketlərin istifadəsinə icazə verənləri axmaq adlandırıb.
O, uzaq məsafədən zərbələr üçün icazə haqqında məlumatı yayıb və bu qərarın üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini vurğulayıb
“Hərbi-sənaye kompleksi, deyəsən, atamın sülh gətirmək və insanların həyatını xilas etmək imkanı əldə etməsindən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir. Bu trilyonlarla dolları qeyd etmək lazımdır. Həyat rədd olsun! Axmaqlar!”
Xatirə SADİQ