Putin səhərin açılmasını gözləmədi - "Ukraynaya belə bir icazənin verilməsi..."
ABŞ-nin hazırkı prezidenti Co Bayden Ukraynaya ABŞ raketləri ilə Rusiya dərinliklərinə zərbə endirmək icazəsi verib.
Söhbət 190 mil məsəfani dəqiq vura bilən uzaqmənzilli ATACMS raketlərindən gedir.
SAVASHMEDİA.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin səhərin açılmasını belə gözləmədən məsələyə münasibət bildirib.
O, Ukraynanın Rusiya ərazisinə zərbə endirməsindən yox, digər məqamdan narahat olduğunu etiraf edib.
"Ukrayna indiyə qədər də pilotsuz uçuş aparatlarının və digər vasitələrin köməyi ilə bunu edirdi. Lakin söhbət Qərb istehsalı olan yüksək dəqiqlikli uzaqmənzilli silahların istifadəsinə gəldikdə, bu, tamam başqa hekayədir”, - Rusiya lideri deyib.
Putin daha sonra deyib:
“İkincisi, bu raket sistemləri üçün uçuş missiyaları, əslində, yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri isə bunu bacarmır. Ona görə də biz Ukrayna rejiminin Rusiyaya bu silahlarla zərbə endirməsinə icazə verib-verməməkdən danışmırıq. Məsələ NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirak edib-etməməsindən gedir”.
Belə bir qərarın münaqişənin mahiyyətini dəyişəcəyini qeyd edən Vladimir Putin Rusiyanın NATO ilə müharibə vəziyyətində olduğunu bildirib:
"Bu o demək olacaq ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə faktiki müharibə vəziyyətinə keçirlər. Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhlükələrə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”.
Oğuz