Minifutbol millimiz 2-ci dəfə Avropa çempionu oldu 

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.

Jun 5, 2026 - 00:27
Minifutbol millimiz 2-ci dəfə Avropa çempionu oldu 

SAVASHMEDİA.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib.

“Tipos Arena”da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.

Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.