Futbolçulara xaç çəkmək, səcdə etmək qadağan olundu - FİFA-dan yeni QƏRAR
FIFA Türkiyə Futbol Federasiyasına (TFF) göndərdiyi təlimatda siyasi və dini mövzulu pankartlara görə sanksiya tələb edib.
SAVASHMEDİA.az xəbər verir ki, FIFA bu təlimatın bütün üzv federasiyalara göndərildiyini qeyd edib.
Təlimatda bildirilib ki, hakim formaları da daxil olmaqla VAR otağı və meydança kənarı monitorlarda tütün məmulatları, narkotik maddələr, mərc oyunları məzmunlu reklamlar qadağan edilir, siyasi, dini və etnik ayrı-seçkiliyi təbliğ edən pankartlar yasaqlanır.
Təlimatda qeyd olunub ki, hakimlərə tam səlahiyyət verilir. Onlar komanda sponsorları ilə maraqların toqquşması halında matçlardan əvvəl VAR ekranlarında olanlar da daxil olmaqla bütün reklam bannerlərini, həmçinin siyasi və dini məzmunlu bannerləri çıxartdırmalıdırlar.
FIFA-nın yeni qərarı Türkiyədə etirazla qarşılanıb. İddia olunur ki, bu qərara əsasən, qol vurandan sonra xaç çəkən, səcdə edən futbolçular sarı və ya qırmızı vərəqə ilə cəzalandırılacaqlar.
FIFA hakim formaları ilə bağlı sanksiyanın hakimlər komissiyasının qərəzsiz imicini qorumaq və onun kommersiya brendləri ilə əlaqələndirilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.
Banu