Qurbanov Koxalskini yola gətirə bilmədi, gedir - "Qarabağ"da yarpaq tökümü 

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski bir sıra Avropa klublarından təkliflər alıb. 

Dec 26, 2025 - 16:11
Dec 26, 2025 - 16:51
Qurbanov Koxalskini yola gətirə bilmədi, gedir - "Qarabağ"da yarpaq tökümü 

SAVASHMEDİA.az xəbər verir ki, polyak qapıçı cəlbedici transfer təklifləri ilə bağlı "Qarabağ" rəhbərliyi, eləcə də baş məşqçi Qurban Qurbanovla söhbət edib.

Hazırkı heyəti qoruyub-saxlamağa çalışan Qurban Qurbanov Koxalski ilə söhbətində onu qərarından döndərməyə cəhd edib. Mənbənin sözlərinə görə, Koxalski Qurbanova getməyəcəyi vədini versə də, təklif aldığı klublarla təmaslarını da kəsməyib.

Xatırladaq ki, 2024-cü il avqust ayında Ağdam klubu ilə anlaşan 25 yaşlı qolkiperin "Qarabağ"la 2027-ci il iyunun 30-na qədər müqaviləsi var.

Səlcuq