Masallının icra başçısı vaxtilə niyə girov götürülübmüş? - Şok olayın DETALLARI

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.

May 13, 2026 - 19:04
May 13, 2026 - 19:39
Masallının icra başçısı vaxtilə niyə girov götürülübmüş? - Şok olayın DETALLARI

İcra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür.

A.Əhmədov zabiti xilas etmək müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olur.

Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.

Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirrləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və A.Əhmədov girovluqdan azad olunur. (Masallı xəbərləri)

Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur.