Maduronu yatağından oğurlayanlar İrana göndərildi - "Delta"nın yeni tapşırığı 

“ABŞ-nin xüsusi təyinatlı “Delta” qüvvələri İranın İraqla sərhədlərində yerləşdirilib. 

Jan 6, 2026 - 18:30
Maduronu yatağından oğurlayanlar İrana göndərildi - "Delta"nın yeni tapşırığı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə xəbər verən “Kürdüstan 24” telekanalı yaxın zamanda böyük dəyişikliklərin baş verə biləcəyinə eyham vurub.

Xatırladaq ki, “Delta” qrupu Karakasda Venesuela Prezidenti Nikolas Maduronun və arvadının yaxalanaraq ABŞ-yə gətirilməsi əməliyyatını uğurla həyata keçirib.

Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın son günlərdə İranı nüvə və raket proqramlarını bərpa etmək, eləcə də ölkədə davam edən etiraz aksiyalarını zorakılıqla yatırmaq mövzusunda xəbərdar etməsindən sonra baş verir.

Amerika KİV də bundan öncə ABŞ-nin İrana mümkün hücum üçün Avropaya canlı qüvvə və döyüş təyyarələri göndərməsi barədə məlumat yaymışdı.

Səlcuq