350 manat alanların pensiyası neçə manat artacaq? - Məbləğlər üzrə artım proqnozu 

Azərbaycan qanunvericiliyinə görə, pensiyalar hər il əvvəlki ilin orta aylıq əməkhaqqı göstəricisinə uyğun indeksləşdirilir. 

Jan 6, 2026 - 17:59
350 manat alanların pensiyası neçə manat artacaq? - Məbləğlər üzrə artım proqnozu 

SAVASHMEDİA.az-ın xəbərinə görə, 2025-ci il üzrə nominal orta aylıq əməkhaqqının artım sürətinə əsasən, pensiyaların 2026-cı ildə təxminən 9,2 % artırılması proqnozlaşdırılır. 

Bu artım yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar daxil olmaqla bütün növ əmək pensiyalarına şamil olunacaq . Artım təxminən 1,1 milyon pensiyaçını əhatə edir. 

9,2 % artımın konkret məbləğlər üzrə neçə manat təşkil edəcəyi maraq doğurur.

Artım faizi pensiyanın cari məbləğinin üzərinə 9,2 % (təxminən) əlavə olunur. Bununla da yeni pensiya məbləği aşağıdakı kimi hesablanır:

Yeni pensiya = Köhnə pensiya × 1.092 (9,2 % artımla) 

Hazırkı pensiya    Artım məbləği (9,2 %)    Yeni pensiya (təxmini)

Konkret misalllarla:

350 manat    350 × 0.092 ≈ 32,2 manat    ≈ 382,2 manat

400 manat    400 × 0.092 ≈ 36,8 manat    ≈ 436,8 manat 

450 manat    450 × 0.092 ≈ 41,4 manat    ≈ 491,4 manat

500 manat    500 × 0.092 ≈ 46,0 manat    ≈ 546,0 manat 

600 manat    600 × 0.092 ≈ 55,2 manat    ≈ 655,2 manat

Oğuz