Fermerlərə 250 manat subsidiya - Kimlər ala biləcək?

Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlər üçün yeni subsidiya mexanizmi müəyyənləşdirilib.

Sep 7, 2026 - 20:20
Fermerlərə 250 manat subsidiya - Kimlər ala biləcək?

SAVASHMEDİA.az xəbər verir ki, yeni qaydalara əsasən, embrion köçürülməsi nəticəsində əldə edilən hər buzova görə fermerlərə 250 manat subsidiya veriləcək.

Digər buzovlar üçün subsidiya məbləği fərqlidir. Süni mayalanma nəticəsində alınan birinci nəsil buzova 75 manat, ikinci və sonrakı nəsil buzovlara isə 150 manat ödəniləcək.

Fermerlərin subsidiya almaq üçün heyvanlarla bağlı məlumatları elektron sistemdə düzgün qeydiyyata salması tələb olunur.

Yeni mexanizmin əsas məqsədi Azərbaycanda heyvandarlığın və damazlıq işinin inkişafını stimullaşdırmaqdır.

Oğuz