Bakıda özünə heykəl istəyən Paşinyanın "başını qopartdılar" - Hadisənin DETALLARI
Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda özünə heykəl qoyulmasını istədiyi barədə iddia yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Hraparak” nəşrinin iddiasına görə, Paşinyan bunu Qarabağ məsələsini həll etməklə təkcə Ermənistanı deyil, Azərbaycanı da Rusiyanın təsirindən çıxarması ilə əsaslandırıb.
Nikol Paşinyanın həqiqətən belə bir iddia ilə çıxış etdiyini təsdiqləyən fakt yoxdur. Amma ortada Paşinyanın əleyhinə olan digər mühüm fakt var.
Belə ki, Nikolı Paşinyanın Ermənistanda heykəli var və onun aqibəti heç də yaxşı olmayıb.
Məlumat üçün bildirək ki, 2018-ci il sentyabrın 30-da Vanadzor-Gümrü avtomobil yolunun kənarında Paşinyanın heykəli qoyulub. “Mənim addımım” adlandırılan heykəl onun Gümrüdən başlayan yürüşünü və həmin il baş verən “məxməri inqilabı” simvolizə edir.
Lakin heykəl bir neçə ay sonra hücuma məruz qalıb. Dekabrın 9-da heykəlin ayağının bir hissəsinin oğurlandığı barədə məlumat yayılıb.
Bundan təxminən iki həftə sonra isə heykələ daha ciddi xəsarət yetirilib. Dekabrın 24-də bir qrup şəxsin hücumu nəticəsində heykəlin başı qoparılıb.
Heykəl sonrakı illərdə də dəfələrlə hücuma məruz qalıb. 2022-ci ilin sentyabrında isə o artıq beşinci dəfə zədələnib.
Səlcuq