"Epşteyn adası" ilə Qrenlandiyanı birləşdirən ŞOK DETAL - Tramp buna görə inad edirmiş
Son günlərdə dünyanın gündəminə çevrilən “Epşteyn faylları” insanlıq cinayətlərinin törədildiyi “Kiçik Sent-Ceyms” (Little Saint James) adasını da diqqət mərkəzinə gətirib.
Başıbəlalı ada öz qanuni adından başqa, “Epşteyn adası”, “Günah adası”, “Cinayət adası”, “Pedofiliya adası” kimi adlar da alıb.
SAVASHMEDİA.az adanın tarixi, ABŞ-nin mülkiyyətinə keçməsi və Qrenlandiya mövzusu ilə bağlılığını əks etdirən maraqlı təfərrüatları təqdim edir:
Əvvəla onu qeyd edək ki, “Kiçik Sent-Ceyms” adası Karib dənizində yerləşir. ABŞ-yə məxsus Vircin Adaları arxipelağındadır. Adını “Müqəddəs Yakov”dan, yəni “Saint James”dən alıb. Bu adı adaya avropalılar Karib dənizindəki adaları xəritələşdirəndə veriblər. “Müqəddəs Yakov”(Saint James) Xristian dininə görə İsa Peyğəmbərin 12 həvarisindən birinin adıdır.
Ada 1917-ci ilə qədər Danimarkanın mülkü olub. Danimarka həmin il “Danimarka Qərbi Hind Adaları Müqaviləsi”nə əsasən adanı 25 milyon dollarlıq qızıla ABŞ-yə satıb. Bu müqavilə Qrenlandiyanın da taleyini həll edib. Satış başqa ada ilə bağlı olsa da, müqavilə sənədinə Qrenlandiyanın da adı yazılıb. Buraya Qrenlandiya adası satış obyekti kimi deyil, diplomatik tanınma ilə bağlı daxil edilib. Belə ki, müqavilədəki bir maddəyə görə, ABŞ rəsmi şəkildə Qrenlandiyanı Danimarka mülkü kimi tanıyıb.
Əslində “Kiçik Sent-Ceyms” adasının da daxil olduğu ABŞ Vircin Adalarının (keçmiş adı ilə Danimarka Qərbi Hind Adaları) adı dolayı yolla Donald Trampın Qrenlandiyaya iddiası ilə də gündəmə gəlib.
Belə ki, Donald Tramp ilk dəfə Qrenlandiyaya iddiasını 2019-cu ilin 18 avqustunda (Birinci prezidentliyi dövründə) dilə gətirib. Ceffri Epşteyn həmin ilin 6 iyulunda həbs edilib, 10 avqustunda həbsxanada intihar edib.
Trampın Qrenlandiyanı ikinci dəfə radarına salması 2025-ci ilin son aylarına təsadüf edir. ABŞ lideri “Danimarka Qərbi Hind Adaları”nın satınalınma müqaviləsinə Qrenlandiyanın da adının salınmasına etiraz edib. ABŞ-nin Qrenlandiyanı Danimarka mülkü kimi tanımasını böyük səhv, “ağılsızlıq” adlandırıb. Trampa görə bu səhv düzəldilməli idi.
Bu anda diqqətə çatdıraq ki, 2025-ci ilin iyul ayında Donald Trampla ziddiyyətlər yaşayan iş adamı İlon Mask “Epşteyn faylları”nın ictimaiyyətə açıqlanmasına onun mane olduğunu açıqlayıb. İlon Mask bunu həmin cinayət işinin dosyesində Trampın da adının keçməsi ilə əlaqələndirib. İlin son aylarında isə ABŞ Senatının “Epşteyn faylları”nın ictimaiyyətə açıqlanması ilə bağlı qadağanı qaldıracağı bildirilirdi. Donald Tramp bir neçə gün öncəki açıqlamasında “Epşteyn faylları”nın ictimaiyyətə açıqlanmasını narazılıqla qarşılayıb. Bunun düzgün olmadığını bildirib.
Beləliklə, müxtəlif vaxtlarda (2019 və 2025-ci illərdə) Epşteyn və onunla bağlı cinayət işinin gündəm olduğu vaxtlarda Donald Trampın Qrenlandiya məsələsini ortaya atması təsadüf kimi görünmür...
Banu