Tərkibində qızıl var imiş - Azərbaycanda hamıda var
Çinlilər qızıl əldə etmək məqsədilə köhnə SIM-kartları kütləvi şəkildə satın alırlar.
SAVASHMEDİA.az milli.az-a istinadən xəbər verir ki, yerli emalçılardan biri sosial şəbəkədə bununla bağlı görüntülər paylaşıb.
Belə ki, o, 2 ton SIM-kart aldığını və onlardan 191 qram qızıl əldə etdiyini nümayiş etdirib.
Video sürətlə yayılıb və hazırda bir çox insan bu zənginləşmə üsulunu təkrarlamağa çalışır.