Ququş özü ilə bağlı elə bir etiraf etdi ki... - ERMƏNİDİR? + VİDEO

“Mənim adım erməni adıdır”.

Sep 12, 2026 - 23:51
Ququş özü ilə bağlı elə bir etiraf etdi ki... - ERMƏNİDİR? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın məşhur aktrisası və müğənnisi Ququş (Faiqə Atəşin) haqqında çəkilmiş “Ququş: Oddan doğulan” sənədli filmində deyib.

Müğənni filmdə uşaqlığı, ailəsi, xüsusilə də atası, necə məşhurlaşması, ölkəsinin pop ulduzuna, aktrisasına, moda ikonasına çevrilməsi, 1979-cu ildəki İslam İnqilabı, inqilabdan sonra oxumasına qadağa qoyulması, ev dustağı olması, İranı tərk etməsi, səhnəyə qayıtması, Kanada, ABŞ və Avropada anşlaqla keçən konsertləri, gənc iranlıların etirazlarına verdiyi dəstək barədə maraqlı faktlar açıqlayıb.

Bu maraqlı faktlardan biri də Ququşun adının necə qoyulmasıdır. Müğənni bildirib ki, o, doğulandan sonra atası ona Ququş adını qoymaq istəyib:

“Adım erməni mənşəli kişi adıdır. Atam mənə bu adı qoymaq istəyib. Ona deyiblər ki, bu, İslami ad deyil, İran adı da deyil. Adını Faiqə qoyun. Bundan sonra doğum şəhadətnaməmdə adım Faiqə yazılıb.  Lakin hamı məni Ququş çağırırdı”.

Qeyd edək ki, Ququşun erməni olduğuna dair iddialar da yayılmışdı. Bu iddialara müğənninin ana tərəfdən qohumu olduğunu bildirən Ruanna Məmmədova cavab vermişdi. O bildirmişdi ki, Ququş anasının xalası qızıdır. Erməni deyil, əslən İrəvan azərbaycanlısıdır. Müğənninin atası Sabir Gəncədə doğulub. Sonradan İrana köçüb. Ruanna Məmmədova müğənniyə ata və anasının Ququş adını səsinin gözəlliyinə görə verdiyini qeyd etmişdi.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)