"Şıxlinskini mən tutdurdum, Qod Nisanovu da araşdıracağıq" - Sergey Mironov

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” Partiyasının lideri Sergey Mironov sensasion açıqlama ilə çıxış edib.

Jul 17, 2025 - 12:20
"Şıxlinskini mən tutdurdum, Qod Nisanovu da araşdıracağıq" - Sergey Mironov

SAVASHMEDİA.az-ın xəbərinə görə, deputat sosial şəbəkə hesabında Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvalının onun xahişi ilə saxlanıldığını bildirib.

Mironov həmçinin bununla kifayətlənməyəcəyini də əlavə edib. O, Moskvanın Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsus“Sadovod” və “Food City” bazarlarının yoxlanılması ilə bağlı da müraciət etdiyini yazıb.

Xatırladaq ki, ötən gün Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvalı Şıxlinskini sentyabrın 14-dək həbs edib.

O, idarə etdiyi avtomobillə xüsusi təyinatlı əsgəri vurmaqda ittiham olunur. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.

Rusiyanın E1 nəşri xəbər verir ki, bir gün əvvəl Moskvada Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı da Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Oğuz