Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarılır - RƏSMİ

Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİBP üzvlüyünün dayandırılması prosedurunun dekabr ayına qədər hazırlanması planlaşdırılır.

Jun 4, 2026 - 12:13
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarılır - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

Rusiya rəsmisi bildirib ki, AİB müqaviləsində üzv ölkənin birlikdən çıxması və ya üzvlüyünün dayandırılması prosedurları nəzərdə tutulmayıb və bu cür mexanizmlərin tətbiqi imkanları dekabr ayınadək işlənib hazırlanacaq.

“Üzvlüyün dayandırılmasının mümkünlüyünü araşdıracağıq. Məsələ budur ki, birlik müqaviləsində üzvlüyün dayandırılması rejimi nəzərdə tutulmayıb, eyni zamanda üzvlərin ittifaqdan çıxarılması mexanizmi də yoxdur. Buna görə də bütün bunlar dekabr ayınadək hüquqi baxımdan çox diqqətlə öyrənilməlidir”, - Aleksey Overçuk vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Astanada keçirilən AİB sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan birgə bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, Ermənistanın AİB-ə üzvlüyü məsələsinə birliyin növbəti iclasında baxılması planlaşdırılır.