“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin"

“Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

Jun 1, 2026 - 17:51
Jun 1, 2026 - 19:08
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin"

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. 

Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.

Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:

“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.

Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib. 

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)