“Qarabağ” Elvini “Neftçi”yə buraxmır - Qurbanovdan ŞOK QADAĞA
Baş məşqçi Qurban Qurbanov tərəfindən "Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev satışa çıxarılıb.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi ilə Macarıstan çempionu “Ferentsvaroş” və Türkiyənin "Amedspor" klubu ciddi şəkildə maraqlanır.
“Qarabağ”ın Elvin üçün onlardan 1,5 milyon avro tələb etdiyi bildirilir.
Futbolçunun transferində diqqət çəkən detal isə "Neftçi" ilə bağlıdır. Futbolinfo.az-ın yazdığına görə, Bakı klubu Elvini heyətinə qatmaq istəsə də, Ağdam təmsilçisi yerli rəqibə güzəşt etməyib.
İddialara görə, “Qarabağ” xarici klublarla müqayisədə “Neftçi”dən daha yüksək məbləğ istəyib və bu səbəbdən də keçid baş tutmayıb.
Qurban Qurbanovun və "Qarabağ" rəhbərliyinin Elvinlə bağlı düşüncəsi isə dəyişməz qalır - Elvin ya xaricə transfer olunacaq, ya da əvəzedici heyətdə oynamağa davam edəcək.
Oğuz