Millinin futbolçuları dalaşdı, Ayxan Abbasov ikisini də qovdu - DETALLAR

Azərbaycan milli futbol komandasında Avstriyada keçirilən təlim-məşq toplanışı zamanı qalmaqal yaşanıb.

Jun 6, 2026 - 14:47
Millinin futbolçuları dalaşdı, Ayxan Abbasov ikisini də qovdu - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, AFFA-nın Mətbuat Xidməti məlumat yayaraq iki futbolçunun - Anton Krivotsyuk və Abdulla Xaybulayevin heyətdən çıxarıldığını təsdiqləyib.

Məlumata görə, hadisə millimizin Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda baş verib. Azərbaycan millisinin Maltaya 0:2 hesabı ilə məğlub olduğu matçın ikinci qolundan sonra futbolçular arasında yaranan mübahisə sonradan insidentə çevrilib.

Hadisələrin nıəzarətdən çıəxdığını görən baş məşqçi Ayxan Abbasov isə hər iki futbolçunu heyətdən kənarlaşdırıb.

Komanda hazırda Avstriyadakı hazırlığını davam etdirir və iyunun 9-da San Marino yığmasına qarşı növbəti yoldaşlıq görüşünə çıxacaq.

Qeyd edək ki, insidentin detalları barədə əlavə rəsmi açıqlama verilməyib.

Səlcuq