Qurbanov iki futbolçunu heyətdən çıxardı - CƏZA
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.
Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.
Etibarlı mənbə sayta bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub.
Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.
Onların sabah Premyer Liqanın 28-ci turunun "Sabah"a qarşı vacib matçında iştirakı sual altındadır. (qol.az)