Əli Əsədov "Manqal"da? - Sonunu gətirəcək siyahı niyə yayıldı?
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sahib olduğu biznes imperiyası haqqında təfərrüatlı məlumat dərc edilib.
SAVASHMEDİA.az xatırladır ki, ölkə mətbuatı üçün vəzifədən çıxarılan şəxsin sahib olduğu obyektləri ilə bağlı belə faktların ictimailəşməsi xarakterik olsa da, hələ vəzifədə olan, həm də baş nazir postunu tutan biri haqqında bu qəbildən olan məqalələr təbii ki, təəccüblə qarşılanır.
Baş nazir Əli Əsədov haqqında məlum məqalənin dərcindən sonra mətbu və siyasi kluarlarda onun "qələminin qırılması" barədə pıçıltılar eşidilməkdədir. Əli Əsədovun yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı informasiyaların dövriyyəyə buraxılması da belə bir perspektivin mümkünlüyündən xəbər verir.
Hələlik Əli Əsədovun niyə qəzəbə gəlməsi barədə dəqiq mülahizə yürütmək çətindir. Amma fakt faktlığında qalır ki, Əli Əsədovun başı üzərində "qara buludlar" dolaşır. Əks halda Baş nazirin sahib olduğu biznes imperiyasına daxil olan obyektlərin siyahısının dərcinə məna vermək çox çətin olar.
Bəs Əli Əsədovun nələri var?
"Qafqazinfo"nun dərc etdiyi və Əli Əsədova məxsus olduğunu iddia etdiyi obyektlərin siyahısını təqdim edirik:
Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.
Elə “Manqal” restoranının yanındakı “Beer Hall” da “Manqal”dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.
Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər.
Zaqulbada yerləşən digər “Manqal” restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir.
Bibiheybətdə, məscidin arxasındakı küçədə yerləşən “Narşərab” restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, hotel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin Baş nazirə məxsus olduğunu çox adam bilmir.
Eyni zamanda, “Narşərab” restoranının yanında “Sapphire” hotelinin, Bayılda, “Manqal” restoranı ilə bir sırada olan “Ocaqbaşı” restoranının da Baş nazirə məxsus olduğu deyilir.
Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazir əməkhaqqısı, təbii ki, yetməz.
Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:
1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası;
2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası;
3. Yasamal rayonunda sifarişçisi “Alyans Devolopment” MTK olan yaşayış binası;
4. Səbail rayonunda sifarişçisi “Rahat Həyat” MTK olan yaşayış binası;
5. Sabunçu rayonunda sifarişçisi “Çay Çəkici” ASC olan yaşayış kompleksi;
6. Qaradağ rayonunda Renta-servis;
7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.
Oğuz