İran Hörmüz boğazını açdı - Livandakı atəşkəsdən sonra

İran Hörmüz boğazını açıb.

Apr 17, 2026 - 18:10
İran Hörmüz boğazını açdı - Livandakı atəşkəsdən sonra

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, atəşkəs razılaşmasına əsasən, Hörmüz boğazı bütün kommersiya gəmilərinin keçidi üçün açılıb:

“Livanda əldə edilən atəşkəsə uyğun olaraq, Hörmüz boğazından bütün kommersiya gəmilərinin keçidi, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəlcədən elan edilmiş koordinasiyalı marşrut üzrə, atəşkəsin qalan müddəti ərzində tam açıq elan edilir”.

Banu