Putinin həbsinə order verən hakimlə bağlı araşdırmaya başlandı
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbər orqanı baş prokuror Kərim Xana qarşı cinsi istismar iddiası ilə bağlı təhqiqata başlayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Üzv dövlətlərə göndərilən daxili sənəddə təhqiqat dövründə Xanın məhkəmədəki öhdəliklərindən müvəqqəti olaraq kənarlaşdırılması tövsiyə edilib.
Jurnalistlərin gördüyü tarixsiz və imzasız sənəd BCM əməkdaşları tərəfindən üzv ölkələrə göndərilib.
Kərim Xanın ofisi bu məsələ ilə bağlı sualları vəkilə yönləndirib. Jurnalistlərin telefon zəngləri və sorğuları cavabsız qalıb.
Kərim Xan bu qeyri-qanuni hərəkətlərlə bağlı iddiaları rədd edib. O, məhkəmənin daxili nəzarət orqanından iddiaların araşdırılmasını xahiş edib.
Qeyd edək ki, hazırda BCM hakimləri İsrailin baş naziri Benyamin Netanyahu, onun müdafiə naziri və “HƏMAS” liderlərinin həbs olunması orderinin verilməsi üçün Kərim Xanın may ayında verdiyi vəsatəti nəzərdən keçirir.
Xatırladaq ki, Kərim Xan Rusiyanın dövlət başçısı Vladimir Putinin həbsinə order verməsi ilə tanınıb. O, Putini həbs etmək üçün BCM-nin orderinə məhəl qoymayan Monqolustandan cavab tələb etmişdi.
Xatirə SADİQ