ABŞ-nin Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir

Kiyevdəki fəaliyyətini bərpa edən ABŞ səfirliyi Ukraynadakı amerikalılara tövsiyələr verib. 

Nov 21, 2024 - 11:59
ABŞ-nin Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə  ABŞ-nin Kiyevdəki səfirliyi öz saytında məlumat yayıb. 

“Səfirlik açıq qalır və fəaliyyət göstərir. Biz bütün ABŞ vətəndaşlarını yerli hakimiyyət orqanlarının hava bildirişləri ilə bağlı təlimatlarına əməl etməyə və dərhal sığınacaq axtarmağa çağırırıq."

Qeyd edək ki, ABŞ noyabrın 20-də Rusiyadan böyük hava hücumu təhlükəsi barədə məlumat aldığı üçün Kiyevdəki səfirliyinin fəaliyyətini birgünlük dayandırmışdı. 

Xatirə SADİQ