Ukrayna nə təsdiqləyir, nə də təkzib edir – “…təfərrüatlara varmayacağıq”
Ukraynanın müdafiə naziri Rustem Umerov mətbuat konfransı zamanı “Storm Shadow” raketlərinin istifadəsini təsdiq və ya təkzib etməkdən imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Ölkəmizi qorumaq üçün bütün vasitələrdən istifadə edirik, ona görə də təfərrüatlara varmayacağıq. Ancaq biz qadir olduğumuzu və cavab verə biləcəyimizi nəzərə çatdırırıq”, - deyə Umerov bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna özünü müdafiə edəcək və bütün əlçatan vasitələrlə cavab verəcək.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü də “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı şərh verməkdən imtina edib.
“Bloomberg”in məlumatına görə, noyabrın 20-də Ukrayna ordusu Rusiyanın ərazisindəki hərbi hədəflərə qarşı ilk dəfə Britaniyanın “Storm Shadow” qanadlı raketlərindən istifadə edib.
Xatirə SADİQ