Məşhur aktrisanı və 8 günlük qızını motosiklet vurdu - FOTOLAR
Türkiyənin məşhur aktrisası İrem Helvacıoğlu, həyat yoldaşı və 8 günlük qızı ölümdən dönüb.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa ailəsi ilə Kadıköydə gəzməyə çıxıb. Həmin ərazidə qəza baş verib. Avtomobilə çırpılan motosiklet yoldan çıxaraq aktrisaya və övladına zərər vurub. İrem və qızı Sora xəstəxanaya aparılıb.
Həyat yoldaşı Ural Kaspar durumları ilə bağlı məlumat yayıb:
“Hamımız yaxşıyıq. Qəzada bizim günahımız olmasa da, motosikletin və nəqliyyat vasitəsinin sürücüsünə də tezliklə şəfa diləyirik. Qəza ilə bağlı hüquqi prosesi yaxından izləyəcəyik”.
Qeyd edək ki, İrem Helvacıoğlu 2024-cü ilin 28 oktyabrında iş adamı Ural Kasparla qurub. Cütlüyün 8 gün öncə qızları Sora dünyaya gəlib. Aktrisa aylar öncə də ölümdən dönüb. Onun başına hovuzda çimərkən uşaq düşmüşdü. İrem Helvacıoğlu “Güneşin Kızları”, “Seni Çok Bekledim”, “Sen Anlat Karadeniz” ve “Karadut” kimi məşhur seriallarda rol alıb.
Banu
Fotolarda: İrem Helvacıoğlu