“Rusiyanın yalnız iki müttəfiqi var” – Medvedevdən Qərbə mesaj
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin Qərblə münasibətlərindən danışarkən diqqətçəkən açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiyanın tarixi mövqeyinə istinad edərək III Aleksandrın məşhur fikrini xatırladıb:
“Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma”.
Medvedev bildirib ki, bu yanaşma bu gün də aktuallığını qoruyur.
O, eyni zamanda Qərbi Rusiyanı parçalamağa cəhd göstərməkdə ittiham edib:
“Avropalılar Rusiya dövlətinin dağılmasını istəyirlər. Bu, Qərbin, xüsusilə Avropanın siyasətində əsas tendensiyaya çevrilib”.
Oğuz