Senator ölkə prezidentini araşdırmağa çağırdı – Birləşmiş Ştatlarda
Demokrat senator Adam Şiff Konqresi ABŞ prezidenti Donald Trampın insayder ticarəti və ya bazar manipulyasiyası ilə məşğul olub-olmadığını araşdırmağa çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, senator bu barədə “Time” jurnalina danışıb.
Senatorun bu çağırışı Amerika prezidentinin kütləvi tarif paketini qəfil dayandırmasından sonra səsləndirilib. Trampın bu qərarı səhmlərdə qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.
“Mən bunu öyrənmək üçün əlimdən gələni edəcəyəm”, - deyə senator vurğulayıb.
“Time” qeyd edib ki, dünən ABŞ bazarları açıldığı bir vaxtda Tramp sosial mediada “indi alış üçün əla vaxtdır” yazıb. Bir qədər sonra isə tarifləri dayandırdığından səhmlərin qiyməti qalxıb.
Xatirə SADİQ