Livanın cənubunda ağır döyüşlər gedir

İsrail ordusu (IDF) Livanın cənubunda “ağır döyüşlər” getdiyi barədə xəbərdarlıq edib. 

Oct 2, 2024 - 11:16
Livanın cənubunda ağır döyüşlər gedir

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF sözçüsü Avixay Edri X social şəbəkəsində yazıb.

O, bölgə sakinlərini Litani çayının cənubundakı ərazilərə getməməyə çağırıb. “Cənubi Livanın sakinləri üçün təcili xəbərdarlıq: şiddətli döyüşlər gedir və bu döyüşlər zamanı “Hizbullah” mülki əhalidən hücumlarda canlı qalxan kimi istifadə edir. Təhlükəsizlik məqsədilə sizdən Litani çayının şimalından cənuba doğru hərəkət etmək üçün nəqliyyat vasitələrindən istifadə etməməyinizi xahiş edirik”, - deyə sözçü diqqətə çatdırıb. 

Bundan bir qədər öncə “Hizbullah” hərəkatı Livanın cənubundakı Odayse şəhəri yaxınlığında İsrail hərbçiləri ilə ilk toqquşma olduğunu elan etmişdi.

Xatirə SADİQ