Zelenski BMT baş katibini Ukraynaya buraxmadı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitinə qatıldığı üçün BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərini rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi Ukrayna prezidentinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
“Kazandan sonra (Quterreş) Ukraynaya gəlmək istədi, lakin prezident onun səfərinə razılıq vermədi. Ona görə də Quterreş burada olmayacaq”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu addım ona görə atılıb ki, Quttereş öz hərəkəti ilə beynəlxalq hüququn və Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin əhəmiyyətini alçaldıb.
Xatirə SADİQ