“İran cavab verməməlidir!” – Britaniyanın baş naziri

İsrailin İranın hərbi obyektlərinə zərbələr endirməsindən sonra Britaniya bütün tərəfləri təmkinli olmağa çağırıb.

Oct 26, 2024 - 19:09
“İran cavab verməməlidir!” – Britaniyanın baş naziri

SAVASHMEDİA.az “The Gardian”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Kir Starmeri mətbuat konfransında deyib. 
  
İranı hücuma cavab verməməyə çağıran Starmer bildirib ki, Yaxın Şərq bundan sonrakı regional gərginliyin qarşısını almaqdan çəkinməlidir.
 
“Mən İsrailin İranın təcavüzünə qarşı özünü müdafiə etmək hüququna malik olduğunu aydın şəkildə dərk edirəm. Mən həmçinin aydın dərk edirəm ki, biz gələcək regional gərginlikdən qaçmalıyıq və bütün tərəfləri təmkin göstərməyə çağırıram. İran cavab verməməlidir”, - deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, Britaniya bütün regionda vəziyyətin gərginliyini azaltmaq üçün müttəfiqləri ilə işləməyə davam edəcək.

ABŞ prezident administrasiyası bəyan edib ki, Amerika tərəfi bu əməliyyatda iştirak etməyib

Qeyd edək ki, İsrail silahlı qüvvələri İran rejiminin aylardır davam edən hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirib. İsrailin zərbələrinin hədəfi hərbi obyektlər olub.

Xatırladaq ki, bundan öncə “The Washington Post” qəzeti İsrailin baş naziri Benyamin Netanyahunun Amerika prezidenti Co Baydenin administrasiyasına İrandakı neft və ya nüvə obyektlərinə deyil, hərbi obyektlərə zərbələr endirməyə hazır olduğunu dediyindən yazmışdı. 

Xatirə SADİQ