“Nazirlə əlaqə saxlaya bilmirəm, hökumətin rəsmi xətti də işləmir” - Zurabişvili
Gürcüstanda səhər saatlarından həm seçki məntəqələrinin yaxınlığında, həm də içərisində bir neçə dava halı qeydə alınıb.
SAVASHMEDİA.az gürcü KİV-nə ustinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bununla əlaqədar daxili işlər naziri Vaxtanq Qomelairiyə müraciət edib.
Ölkə başçısı parlament seçkiləri zamanı zorakılıq və digər qanun pozuntuları faktlarına operativ reaksiya verilməsini DİN-dən tələb edib.
“Mən daxili işlər nazirinə müraciət etmək istəyirəm, təəssüf ki, onunla əlaqə saxlaya bilmirəm. Administrasiyam onun müavini ilə əlaqə saxlaya bilmir, hökumətin rəsmi xətti də işləmir. Mən polisin reaksiyasının daha sürətli və effektiv olnasını xahiş edir və buna çağırıram, çünki seçki məntəqələrində bu cür gərginliyə yol vermək olmaz. Bu, bizə yaraşmır”, - Zurabişvili videomüraciətində bildirib.
“Gürcü Arzusu” hakim partiyası isə müxalifəti Tbilisidə seçki məntəqələri yaxınlığında kütləvi döyüşlər təşkil etməkdə ittiham edib.
Partiyanın icraçı katibi Mamuka Mdinaradze iddia edib ki, təxminən 30 nəfərdən ibarət qrup Tbilisi ətrafında hərəkət edir və seçki məntəqələrində insanları döyür.
“Onlar iğtişaşların görüntülərinin meydana çıxması üçün fiziki zorakılıq edir, söyüş söyür və təxribatlar törədirlər”, - deyə Mdinaradze vurğulayıb.
O, bildirib ki, iğtişaşların müxalifət telekanallarının jurnalistləri hadisə yerinə gələndə başlamasını təsadüfi hesab etmir.
Prezident Zurabişvili isə seçkilərdə göstərdikləri fəallığa görə vətəndaşlara, eləcə də prosesi işıqlandıran jurnalistlərə təşəkkür edib.
Xatirə SADİQ