Saat 20:00-da seçki qərargahının qarşısında olun - Gürcü müxalifəti aksiya təyin etdi
Gürcüstanda seçki hələ davam edərkən hakimiyyət təmsilçiləri hakim “Gürcü Arzusu” partiyasının qalib gəldiyini elan etməyə başlayıblar.
SAVASHMEDİA.az gürcü mediasına istinadla xəbər verir ki, “Gürcü Arzusu”nun Baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze partiyanın qalib gəldiyini deyib.
O hətta bəyan edib ki, “yerli seçki qərargahından alınan ilkin məlumatlara görə, artıq “Gürcü arzusu”nun Gürcüstan parlamentində çoxluğu qazanması təmin edilib”. Yəni, guya artıq hakim partiya parlamentdəki yerlərin yarıdan çoxunu qazanıb.
Kaladze hakim partiyanın ofisində keçirdiyi mətbuat konfransında həmçinin deyib ki, müxalifətə aid televiziya kanalları və konkret qruplar koordinasiyalı şəkildə seçkilər haqqında yanlış təsəvvür yaratmaq məqsədilə süni xaos yaradılrlar.
“Gürcü Arzusu” artıq partiyanın baş ofisində qələbəni elan etmək üçün kürsü də hazırlayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin açılmasından 7 saat sonra seçici fəallığının 41,62% təşkil etdiyini bildirib.
Gürcüstan müxalifəti isə saat 20.00-da tərəfdarlarını seçki qərargahının önünə toplamağa hazırlaşır.