Ukraynada "Almaniya təcrübəsi", ölkə ikiyə bölünür - Kelloq planı və xəritə yayıldı 

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq Ukraynanın faktiki olaraq təsir zonalarına bölünməsinə dair atəşkəs planı təklif edib.

Apr 12, 2025 - 01:27
Ukraynada "Almaniya təcrübəsi", ölkə ikiyə bölünür - Kelloq planı və xəritə yayıldı 

SAVASHMEDİA.az bildirir ki, plan təxminən İkinci Dünya Müharibəsindən Almaniyanın ikiyə bölünməsi sxeminə bənzəyir. 

Kelloq planına əsasən Rusiya Ukraynanın şərqinə nəzarət edəcək, Britaniya və Fransa qüvvələri isə "zəmanət missiyası"nın bir hissəsi kimi ölkənin qərbini götürəcəklər.

ABŞ Ukraynaya quru qoşunlarını göndərməyəcək, lakin hərbi kontingentin koordinasiyasında iştirak edə bilər. O, həmçinin Ukrayna və Rusiya orduları arasında 18 mil genişlikdə bufer zonasının yaradılmasını təklif edir. 

Ukraynada yeni seçkilər isə atəşkəs əldə edildikdən sonra keçiriləcək.

“Reuters” mənbələrə istinadən isə bunları yazıb: 

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Vaşinqtonda görüşündən sonra Stiv Uitkoff Donald Trampa deyib ki, sülh sazişinə aparan ən sürətli yol Rusiyanın Ukraynanın dörd regionu - Luqansk, Donetsk, Zaporojya və Xerson üzərində nəzarətinin tanınması olacaq.

Oğuz