Gürcüstan parlamentinə futbol topu gətirildi - "Kavel, gəl futbol oynayaq" + FOTO
Prezident seçkilərinə etiraz edən Gürcüstan vətəndaşları parlament binası önündə maraqlı aksiya təşkil edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, etirazçılar "Gürcü arzusu"nun prezidentliyə namizədi, keçmiş futbolçu Mixeil Kavelaşviliyə çağırış ediblər.
Parlament önünə futbol topları ilə gələn etirazçılar "Kavel, siyasət sənin işin deyil, gəl futbol oynayaq" şüarları səsləndiriblər.
Mixeil Kavelaşvilinin diplomsuz olmasına diqqət çəkmək məqsədilə aksiya iştirakçıları meydana çox sayda diplomlar da gətirib. “Kavelaşviliyə diplom” şuarları Tbisili küçələrini bürüyüb.
Qeyd edək ki, hazırda parlament binasında ölkənin altıncı prezidentinin seçkiləri keçirilir. Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.
Kavelaşvilinin ali təhsili yoxdur.
Oğuz