“Döyüşən ölkə NATO üzvü ola bilməz” - Şoltsdan Ukraynaya zərbə
Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya dəvət edilməsi ideyasını rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə kansler “ZDF”-ə müsahibəsində bildirib.
Şolts xatırladıb ki, NATO Ukraynanın üzvlüyünün perspektivləri ilə bağlı Vilnüs və Vaşinqtonda keçirilən sammitlərdə qərar verib. Onun fikrincə, hələlik qəbul ediləndən kənar hansısa yeni qərar ehtiyac yoxdur.
“Döyüşən ölkə NATO-ya üzv ola bilməz. Hamı bunu bilir, bununla bağlı heç bir fikir ayrılığı yoxdur. NATO-ya dəvəti adətən kifayət qədər tez üzvlüklə əlaqələndirirlər”, - kansler vurğulayıb.
Almaniya kansleri onu da qeyd edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ölçülüb-biçilmiş hərəkət tələb edir. Bu isə bir tərəfdən Kiyevə dəstəyi, digər tərəfdən Moskva ilə NATO arasında müharibəyə çevrilməməsini təmin edir.
“Bu, öz mövqeyimi çox dəqiq ifadə etdiyim məqamdır və onu dəyişdirməyəcəyəm”, - Şolts yekunlaşdırıb.
Qeyd edək ki, Ukraynanın NATO-ya dərhal dəvət olunması Prezident Volodimir Zelenskinin qələbə planının birinci bəndində əks edilib.
Xatirə SADİQ