Ukrayna nümayəndə heyəti Vaşinqtona yollandı

Ukrayna baş nazirinin müavini Yuliya Sviridenkonun rəhbərlik etdiyi nümayəndə heyəti mineral ehtiyatlar haqqında saziş üzrə görüş üçün Vaşinqtona yola düşüb. 

Apr 10, 2025 - 14:26
Ukrayna nümayəndə heyəti Vaşinqtona yollandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-I mənbələrə istinadən məlumat yayıb. 

Bundan öncə baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stepanişina Brüsseldə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, mineral saziş üzrə Ukrayna və Amerika komandaları arasında texniki məsləhətləşmələr aprelin 11-i cümə günü başlayacaq.

Xatirə SADİQ