Rumın deputatlar prezidentdən izahat tələb edirlər 

Rumıniya qanunvericiləri xarici səfərləri ilə bağlı izahat almaq üçün prezident Klaus İohannisi parlamentə çağırmaq istəyirlər.

Nov 21, 2024 - 12:06
Rumın deputatlar prezidentdən izahat tələb edirlər 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.

İohannisin çağırılması təklifi Rumıniya parlamentinin ölkə prezidentinin aparatının xərclərini araşdıracaq istintaq komissiyasının işinin müzakirəsi fonunda səsləndirilib.

Parlament bu xarici səfərlərin şəxsi məqsədlər üçün deyil, dövlət başçısının səlahiyyətlərinin həyata keçirilməsi üçün gerçəkləşdirildiyinin sübut edilməsini istəyir. 

Qanun Rumıniya prezidentini parlamentə gəlməyə məcbur etsə də, bundan imtinaya görə heç bir sanksiya nəzərdə tutmur.

Qeyd edək ki, Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də, ikinci turu isə dekabrın 8-də keçiriləcək. 

Hazırkı prezident Klaus İohannis üçüncü müddətə öz vəzifəsində qala bilməz.

Xatirə SADİQ