Avropa Komissiyasında bu məsələ ətrafında mübahisə başa çatdı
Avropa Parlamenti yeni tərkibli Avropa Komissiyasında vəzifələr üçün indiyədək təsdiqlənməmiş yeddi namizədin hamısını təsdiqləməyə razılaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr yazıb ki, bununla da siyasi fraksiyalar arasında həftələrdir davam edən çıxılmaz vəziyyətə son qoyulub.
Çıxılmaz vəziyyət altı icraçı vitse-prezident – Kaya Kallas, Raffaele Fitto, Roksana Minzatu, Stefan Sejurne, Teresa Ribera, Henna Virkkunen və Oliver Vargeli üçün yoxlama prosesini dayandırmışdı.
Mübahisənin necə həll olunduğunun təfərrüatları açıqlanmır.
Avropa komissarları vəzifələrinə irəli sürülmüş namizədlərin dinləmələri noyabrın 4-də başlamışdı. Bu dinləmələr ötən həftə başa çatmalıydı.
Deputatlar arasından mübahisələr xüsusilə italiyalı Raffaele Fitto, macaq Oliver Varheli və ispan Teresa Riberanın namizədliyi ilə bağlı olub.
Avropa Komissiyasının yeni tərkibi dekabrın 1-də öz işinə başlaya bilər.
Xatirə SADİQ