İslamabadda sirli davam: liderlər getdi, onlar qaldı – Gizli DANIŞIQLAR

ABŞ və İran arasında İslamabadda keçirilən gərgin danışıqlar rəsmi olaraq nəticəsiz başa çatsa da, prosesin tam bitdiyini demək hələ tezdir. 

Apr 12, 2026 - 16:17
Apr 12, 2026 - 17:45
İslamabadda sirli davam: liderlər getdi, onlar qaldı – Gizli DANIŞIQLAR

Əksinə, əsas fiqurların bir hissəsinin şəhərdə qalması danışıqların səssiz şəkildə davam etdiyini göstərir.

Vaşinqtonu təmsil edən vitse-prezident Ceyms Devid Vens 21 saat davam edən görüşlərin uğursuzluqla yekunlaşdığını açıqlayıb. 

Bəs əsas fiqurlar niyə hələ də İslamabaddadır?

Rəsmi nümayəndə heyətlərinin rəhbərləri ölkələrinə qayıtsa da, ABŞ tərəfinin mühüm simaları – Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı, eyni zamanda prezident Donald Trampın kürəkəni Cared Kuşner hələ də İslamabaddadır. Bu isə pərdəarxası təmasların davam etdiyini və kompromis axtarışlarının davam etdiyini göstərir.

Eyni vəziyyət İran tərəfində də müşahidə olunur. Parlament sədri Məhəmməd Baqir Qalibaf istisna olmaqla, xarici işlər naziri Abbas Araqçı və digər nümayəndələr hələ də Pakistandadır.

Pakistanın son şans diplomatiyası

Danışıqların ev sahibi olan Pakistan prosesi xilas etmək üçün səylərini davam etdirir. Bu, İslamabadın təkcə vasitəçi deyil, həm də regionda sabitliyin qorunmasında aktiv oyunçuya çevrildiyini göstərir.

Rəsmi bəyanatlar tədbirlə bağlı “uğursuzluq” görüntüsü versə də, real mənzərə daha mürəkkəbdir. Tərəflər masadan qalxmayıb, sadəcə oyunu daha gizli mərhələyə keçirib.

Oğuz
SAVASHMEDİA.az