Makron arvadının kişi olmadığını belə sübut edəcək - Proses başladı 

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron birinci xanımın qadın olduğunu sübut etmək üçün ABŞ məhkəməsinə sübutlar təqdim etməyi planlaşdırır.

Sep 18, 2025 - 14:50
Sep 18, 2025 - 14:54
Makron arvadının kişi olmadığını belə sübut edəcək - Proses başladı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onların vəkili Tom Kler BBC podkastında danışıb. 

Sənədlər böhtan haqqında Amerikanın “Daily Wire” nəşrinin keçmiş əməkdaşı Kəndis Ouensə qarşı açılmış iddiada olacaq. Qeyd edək ki, Ouens Fransanın birinci xanımının kişi olaraq doğulduğunu iddia edib. 

Kler bildirib ki, “elmi xarakter daşıyacaq ekspert sübutları təqdim olunacaq”, hərçənd vəkil bu mərhələdə onun dəqiq mahiyyətini açıqlamayıb. O, deyib ki, cütlük ittihamın yalan olduğunu “həm ümumi, həm də xüsusi olaraq” tam şəkildə nümayiş etdirməyə hazırdır.

Sosial mediada milyonlarla izləyicisi olan mühafizəkar baxışlı Kəndis Ouens dəfələrlə iddia edib ki, Bricit Makron kişidir. 

Makronlar iyul ayında ona qarşı məhkəmə iddiası qaldırıblar.

Xatirə SADİQ