İtaliya millisi DÇ-2026-ya buna görə gedə bilməyib - Bosniyalı qapıçı nəyi oğurlayıbmış?

Bosniya və Herseqovina seçmə mərhələsi çərçivəsində İtaliyanı məğlub edərək 2026 Dünya Çempionatına vəsiqə qazanıb.

Apr 3, 2026 - 14:24
İtaliya millisi DÇ-2026-ya buna görə gedə bilməyib - Bosniyalı qapıçı nəyi oğurlayıbmış?

SAVASHMEDİA.az xəbər verir ki, matçdan sonra İtaliya tərəfi Bosniya və Herseqovinanı oğurluqda ittiham edib. 

İddiaya görə, bosniyalı qapıçısı Nikola Vasili italyan məşqçilər heyəti tərəfindən penaltilər seriyası üçün qapıçıları Canluici Donnarumma üçün hazırlanmış qeydləri oğurlayıb. Bu isə Bosniya və Herseqovinanın penaltilər seriyasında üstünlük qazanmasına səbəb olub.

Xatırladaq ki, 1-1 hesabı ilə nəticələnən matçda qalibi penaltilər seriyası müəyyən edib. Bosniya İtaliya millisinin qapısından 4 top keçirdiyi halda, İtaliya Bosniya torunu bir dəfə silkələyə bilib.(4-1)

Fotoda sözügedən qeydlər

Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı bu il 11 iyunda başlayacaq. Açılış mərasimi və ilk oyun 11 iyunda Meksikanın paytaxtı Mexikoda,  “Azteca” stadionunda keçiriləcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Çempionatın qapanış mərasimi və final oyunu 19 iyulda baş tutacaq.

2026-cı il Dünya Çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələr hər birində dörd komandadan ibarət 12 qrupa bölünəcək. Qrup mərhələsindən sonra komandalar 1/16 finalda çıxış edəcək. Ümumilikdə 104 görüşdən ibarət olacaq turnir 39 gün ərzində baş tutacaq. 

Banu