Aprelin 18-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Apr 17, 2026 - 20:31
Aprelin 18-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

SAVASHMEDİA.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 18-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşıılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, dumana görə yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.