Azərbaycanda siqaretlər bahalaşacaq - Artımın MƏBLƏĞİ
Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində təxminən 20–30 qəpik civarında bahalaşmanın olacağı proqnozlaşdırılır.
Gözlənilən bahalaşmaya görə bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının satışına ehtiyatlı yanaşırlar. Nəticədə bir sıra satış nöqtələrində ayrı-ayrı markalar üzrə qismən çatışmazlıq müşahidə olunur.
Qeyd olunur ki, qiymət artımı ehtimalı əsasən vergi və aksiz dərəcələrindəki mümkün dəyişikliklərlə əlaqələndirilir.
Aytən