Yamalın skandala səbəb olan İYRƏNC FANTAZİYASI: “Liliputlar və irisinəli qadınlar...” - FOTO
“Barselona” futbol klubunun və İspaniya milli komandasının futbolçusu Lamin Yamal 18 yaşını çılğın parti ilə qeyd edib.
SAVASHMEDİA.az xəbər verir ki, şənliyə mobil telefonla giriş və eyni zamanda gecədən səs və videogörüntülərin qeydə alınması qadağan edilib.
Ailəsi və dostlarının qatıldığı partidə Yamal əyləncə üçün cırtdanboyları işlədib. Bu, İspaniyada böyük qalmaqala səbəb olub. Belə ki, Skelet Displaziyası Assosiasiyası Yamalın ad günü şənliyində baş verənləri pisləyən bəyanat yayıb. Dərnəyin bəyanatında bildirilib ki, cırtdanboyluğu olan insanların əyləncə materialı kimi istifadə edilməsi insan ləyaqətinə ziddir. Dərnək rəsmiləri həmçinin hüquqi və ictimai təşəbbüslərə əl atacaqlarını açıqlayıblar.
Yamalın keçirdiyi doğum günü partisi ilə bağlı ispan model Klaudiya Kalvo da açıqlama verib. Kalvo bildirib ki, onu gecəyə Yamalın “sarışın və irisinəli qadınlar” fantaziyasına görə dəvət ediblər. Kalvo da şənlikdə telefonların qadağan olunduğunu bildirib.
Qeyd edək ki, Lamin Yamal ötən mövsümdə “Barselona” forması ilə 55 matça çıxıb. O, “Transfermarkt”a görə 200 milyon avro dəyərindədir və hal-hazırda dünyanın ən bahalı futbolçusudur.
Banu
Fotolarda: Model Klaudiya Kalvo