Trampa bənzəyən camışı görmək üçün fermaya axın - Sahibi onu niyə kəsəcək? + VİDEO

Banqladeşin Narayanqanc şəhərində yaşayan fermer Zia Uddin Mridhaya məxsus 700 kiloqramlıq camış görünüşünə görə məşhurlaşıb.

May 21, 2026 - 15:26
Trampa bənzəyən camışı görmək üçün fermaya axın - Sahibi onu niyə kəsəcək? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb sarı tükləri olan albinos camışın ABŞ Prezidenti Donald Trampa bənzədilməsidir. 

Fermer bildirib ki, sosial şəbəkələrdə fenomen olan camışa izləyicilər “Donald Tramp” adını veriblər. Özü isə camışın yalnız tüklərini ABŞ prezidentinin saçına bənzədir. Bu bənzərliyə görə isə may ayı ərzində çox sayda insan camışı görmək və onunla şəkil çəkdirmək üçün fermaya gedib.

Mütəxəssislər albinos camışların nadir görüldüyünü bildirsələr də, Zia Uddin Mridha “Donald Tramp”ın Qurban bayramında kəsiləcəyini deyib:

“Onun üçün darıxacağam, amma Qurban bayramının ruhu fədakarlıq etməkdir”.

Qeyd edək ki, yayılan videolarda gündə 4 dəfə yuyulub, tükləri daranan albinos camışa xüsusi diqqət və qayğı göstərilməsi də diqqətlərdən yayınmayıb.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)