Makron İlham Əliyevə zəng vurub

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

May 21, 2026 - 14:04
Makron İlham Əliyevə zəng vurub

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım  edilib.

Paylaşımda qeyd olunub:

"Bu gün mənə Prezident Emmanuel Makrondan zəng gəldi. Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlərə baxılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Biz regional və qlobal hadisələri də müzakirə etdik".