Türkan Şorayın qızı, Fatih Terimin kürəkəni və... - Məşhurlara qarşı əməliyyat
Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Onların içərisində müğənni Mabel Matiz, aktrisa Feyza Civelek, məşhur aktyor Onur Tuna, iş adamı Volkan Bahçekapılı (Fatih Terimin sabiq kürəkəni) da var.
Aktrisa Serenay Sarıkaya, müğənnilər Tan Taşçı, Berkay Şahin, jurnalist və aparıcı Mirgün Sırrı Cabas, prodüser Yağmur Ünal haqqında isə həbs qərarı verilib.
Xatırladaq ki, Yağmur Ünal “Yeşilçam”ın və Türkiyə kinematoqrafiyasının ustad aktyoru Cihan Ünal və aktrisa, “Sultan” ləqəbli Türkan Şorayın qızıdır.
Banu