"Putin məni yarı yolda qoydu" - Tramp

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli məsələsində məni yarı yolda qoyub.

Sep 18, 2025 - 19:12
"Putin məni yarı yolda qoydu" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə keçirdiyi mətbuat konfransında bildirib.

Donald Tramp deyib ki, Vladimir Putinlə münasibətlərinə görə Ukrayna ətrafında yaranmış münaqişənin tez bir zamanda həll olunacağına ümid edib.

"V. Putin münaqişənin nizamlanması istiqamətində mənim ümid etdiyim addımları atmayıb. Lakin mən əminəm ki, Qəzza və Ukraynadakı münaqişələr həll olunacaq", - o qeyd edib.