Qurbanov Bəhlulla niyə salamlaşmadığından danışdı - "Borcum yoxdur"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra futbolçularını təbrik edərkən Bəhlul Mustafazadə ilə görüşməməsi ilə bağlı sualı cavablandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə açıqlama verməyə borclu olmadığını bildirib.
Bununla belə, Qurbanov təcrübəli müdafiəçi ilə bağlı problemin olmadığını söyləyib:
“Problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək artıq olar. Biz Bəhlulla neçə illərdir birgə işləyirik və oyunlarımızın 90-95 faizində iştirak edirsə, görünən odur ki, heç nə yoxdur. Mənim açıqlama vermək borcum yoxdur. Problem varsa, məncə, daha çox sizlər bilirsiniz. Ona görə hər hansı açıqlama verməyə ehtiyac yoxdur”.